Məsut Özilə bıçaqlı hücum oldu - Video

mesut-ozile-bicaqli-hucum-oldu
Oxunma sayı: 6374

Futbolçu Məsut Özilə Londonda bıçaqla hücum olub.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, motosiklet kaskı geyinmiş naməlum şəxs restorandan çıxıb avtomobilinə minmək istəyən Özilə hücuma keçib. Futbolçunun komanda yoldaşı Sead Kolaşinas bıçaqlı şəxsi Məsutdan uzaqlaşdırmağa çalışıb.

Hücumun soyğunçuluq məqsədilə edildiyi ehtimal olunur.

Məsut artıq polisə ifadə verib.