Metrodakı sıxlıqla bağlı açıqlama - Video + Yenilənib

Metrodakı sıxlıqla bağlı açıqlama
Oxunma sayı: 6651

Bakı metrosunun stansiyalarının birinin girişində sıxlıq yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Vətəndaşlar bildirir ki, bura “Elmlər Akademiyası” stansiyasıdır. 

Bu, “Bakı metropoliteni” QSC-nin tətbiq etdiyi yeniliklə bağlıdır. Belə ki, hələ ötən gün qurumun mətbuat katibi Bəxtiyar Məmmədov “Xəzər xəbər”ə açıqlamasında bildirmişdi ki, sıxlığı aradan qaldırmaq üçün görüləcək işlərdən ən əsası yeni stansiyaların tikintisidir.

Metropoliten sözçüsünün sözlərinə görə, əgər son günlərdəki sıxlıq biraz da davam edərsə, platformalardakı insan yükünü azaltmaq üçün stansiyalara girişin məhdudlaşdırılmasına başlanılacaq. Vaqonlar arasındakı 2 dəqiqəlik məsafəyə uyğun sərnişinlərin stansiyalara az-az buraxılması təmin ediləcək.

***

Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metroya giriş tam məhdudlaşdırılmayıb: “Metronun “Elmlər Akademiyası” stansiyasına girişin tam məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Sərnişin axını çox olduğu üçün, sərnişin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tənzimləmə mexanizmləri həyata keçirilir”.

Həmin görüntüləri təqdim edirik: