“Millətin narazı qaldığı şəraitdə müsəlmanlıq iddiası qəbuledilməzdir”

milletin-narazi-qaldigi-seraitde-muselmanliq-iddiasi-qebuledilmezdir
Oxunma sayı: 536

İran Prezidenti Məsud Pezeşkian ölkədə vətəndaşların dövlət idarəçiliyindən narazılığının əsaslı olduğunu etiraf edərək, islahatların zəruriliyini vurğulayıb.

“Qafqazinfo” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, Pezeşkian bu barədə Quran Mədəniyyətinin İnkişafı Şurasının iclasında danışıb.

O bildirib ki, dövlət qurumlarına müraciət edən vətəndaşlar mövcud idarəçilikdən narazıdırsa, bu sahədə ciddi dəyişikliklər edilməli və xalqla kobud rəftara yol verilməməlidir:

“Millətin narazı qaldığı bir şəraitdə müsəlmanlıq iddiası etmək qəbuledilməzdir. Əgər vətəndaşlar bizim rəhbərliyimizdən narazıdırsa, islahatlara çalışmalıyıq. Problemləri dialoq yolu ilə həll etməliyik”.