Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxacaq. "Qafqazinfo" xəbər verir ki, yığmamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə görüşəcək.
Portuqaliya yığması koronavirus pandemiyasından irəli gələn məhdudiyyətlərlə əlaqədar, millimizi doğma meydanda qəbul edə bilmir. Fernando Santosun çalışdırdığı komanda Azərbaycan millisini İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda sınağa çəkəcək.
Qarşılaşmanın favoriti heyətində Kristiano Ronaldo kimi dünya ulduzunun yer aldığı Portuqaliya yığmasıdır. Lakin Canni De Byazinin çalışdırdığı kollektiv bu görüşdə sürprizə imza atmaq arzusundadır.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
24 mart
23:45. Portuqaliya - Azərbaycan - 1:0
Qol: Maksim Medvedev, 36 (ö.q)
Turin. “Yuventus” stadionu. Hakimlər: Daniel Zibert, Yan Zaydel, Rafael Foltin, Saşa Stegemann
(Hamısı Almaniya).
***
DÇ-2022-nin seçmə mərhələsində üz-üzə gələcək Portuqaliya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.
Portuqaliya: 12. Lopes, 3. Dominqos Duarte, 4. Ruben Diaş, 5, Nunu Mendeş, 7. Kriştianu Ronaldu, 8. Joau Moutinyu, 9. Andre Silva, 10. Bernardu Silva, 20. Joau Kanselu
Baş məşqçi: Fernandu Santuş
Azərbaycan: Şahruddin Məhəmmədliyev, Azər Salahlı, Anton Krivotsyuk, Elvin Bədəlov, Bədavi Hüseynov və Maksim Medvedev, Abbas Hüseynov, Vüqar Mustafayev, Emin Mahmudov, Mahir Emreli, Əli Qurbani
Baş məşqçi: Canni De Byazi.
Qeyd edək ki, bu gün İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də start götürəcək.
***
Matç başladı
***
Portuqaliya hesabda önə keçir. Maksim Medvedev 37-ci dəqiqədə avtoqol müəllifi olur.
***
İlk hissə başa çatdı
***
İkinci hissə başladı
***
Matç başa çatdı
Son xəbərlər
Son Xəbərlər