Millimizin sabiq futbolçusu Bakı klubunda

millimizin-sabiq-futbolcusu-baki-klubunda
Oxunma sayı: 897

"Keşlə" heyətini daha bir futbolçu ilə gücləndirib.

"Qafqazinfo" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Elvin Yunuszadə ilə mövsümün sonunadək müqavilə imzalayıb.

28 yaşlı oyunçu bunadək "Neftçi", "Qarabağ", "Sabah" və "Səbail", həmçinin Bosniya və Herseqovinanın "Çelik" və Şimali Makedoniyanın "Şkupi" klublarında çıxış edib.

Qeyd edək ki, "Keşlə" bu gün Moldova millisinin yarımmüdafiəçisi, son klubu "Sabah" olan Yevgeni Koçuku da heyətinə qatdığını açıqlayıb.