Milyarder sevgilisi ilə qala gecəsində - Fotolar

milyarder-sevgilisi-ile-qala-gecesinde-
Oxunma sayı: 7928

Avstraliyalı supermodel Miranda Kerr ilk dəfə sevgilisi ilə tədbirlərdən birində iştirak edib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 32 yaşlı model 25 yaşlı milyarder sevgilisi Evan Şpiqellə İrvinq Azoffun şərəfinə həsr olunmuş qala gecəsinə qatılıb.

Qeyd edək ki, E. Şpiqel “Snapchat”ın qurucusu və baş direktorudur. O, hazırda dünyanın ən gənc milyarderi hesab olunur. Bundan öncə, onun amerikalı aktrisa Teylor Svift və model Keyt Aptonla sevgi münasibətləri olub.

M. Kerr isə aktyor Orlando Blum ilə evli olub. Cütlük 2013-cü ildə boşanıb, onların bir oğlu var.

Xatırladaq ki, Kerrin ərindən boşanandan sonra milyarder Ceyms Paker (bu günlərdə amerikalı müğənni Merayya Keri ilə ailə qurmağa hazırlaşır) və müğənni Castin Biberlə sevgili olduğu haqda xəbərlər yayılmışdı. Lakin onun sevgilisi kimi mətbuata təqdim etdiyi ilk insan E. Şpiqel oldu.