Mirqafar Seyidov sıra baxışı keçirdi- - Fotolar

mirqafar-seyidov-sira-baxisi-kecirdi-
Oxunma sayı: 12372


“Qafqazinfo” report-a istinadən xəbər verir ki, tədbir yol polisləri sırasında nizam-intizam qaydalarını gücləndirmək, ictimai asayişin qorunması və xidmət intizamının möhkəmləndirilməsi məqsədi ilə olub.

Sıra baxışı BŞBPİ-nin rəisi polis general-mayoru Mirqafar Seyidov, BŞBPİ-nin rəis müavini polis general-mayoru Səhlab Bağırov, BŞDYPİ-nin rəisi polis polkovniki Nuşirəvan Səfərov tərəfindən həyata keçirilib.

Tədbir zamanı əvvəlcə BŞDYPİ-nin rəisi N.Səfərov BŞBPİ-nin rəisi M.Seyidova şəxsi heyətin sıra baxışına tam hazır olması barədə raportla məruzə edib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. BŞBPİ-nin rəisi M.Seyidov şəxsən sıraları gəzərək şəxsi heyətlə, həmçinin yol polislərinin geyim qaydaları ilə yaxından tanış olub.

Təntənəli marşın sədaları altında əvvəlcə BŞDYPİ-nin şəxsi heyəti, daha sonra yol patrul avtomobilləri və motosikletləri fəxri tribunanın önündən keçib.

Tədbirdə çıxış edən BŞBPİ-nin rəisi M.Seyidov yol polislərinə xidməti işlərində uğurlar arzulayıb və onları məsul işlərində daim nizam-intizamlı olmağı tapşırıb. BŞBPİ-nin rəisi M.Seyidov sıra baxışını ümumilikdə qənaətbəxş hesab edərək, yol polislərinə öz məsləhət və tövsiyyələrini verib.