“Miss Yer Kürəsi – 2019” titulunu o qazandı - Fotolar

miss-yer-kuresi-2019-titulunu-o-qazandi
Oxunma sayı: 5303

Puerto-Rikonun 21 yaşlı təmsilçisi Nellis Pimentel “Miss Yer Kürəsi – 2019” müsabiqəsinin qalibi olub. “Qafqazinfo” bildirir ki, bu barədə müsabiqənin Tvitter səhifəsində məlumat verilib.  

Müsabiqədə ümumilikdə 85 qız iştirak edib. Münsif heyəti “Miss Hava – 2019” tituluna amerikalı Emani Devisi, “Miss Su – 2019”a çexiyalı Klara Vavruşkovanı, “Miss Od – 2019”a isə Belarus vətəndaşı Alisa Manenoku layiq bilib.

Qeyd edək ki, BMT-nin təşkilatçılığı ilə hər il keçirilən müsabiqə ətraf mühitin problemlərinə diqqətin cəlb edilməsi məqsədi güdür.