MN-in daha bir yüksəkvəzifəli şəxsi həbs edildi

MN-in daha bir yüksəkvəzifəli şəxsi həbs edildi
Oxunma sayı: 14239

Müdafiə Nazirliyinin tabeliyindəki Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi Rəşad Məlikzadə həbs edilib.

"Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində onun barəsində  Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş vəsatətə baxılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

R.Məlikzadə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə təqsirləndirilir. Onun 9 milyon manata yaxın pulu mənimsədiyi bildirilir.

Həmçinin oxuyun: Чем закончится заигрывание США с Ереваном?