“Moskva Vaşinqtonla münasibətlərdə ən pis ssenariyə də hazırdır”

moskva-vasinqtonla-munasibetlerde-en-pis-ssenariye-de-hazirdir
Oxunma sayı: 1188

“Moskva Vaşinqtonla münasibətlərdə həmişə yaxşıya ümid edir, bununla belə hər zaman ən pis ssenariyə də hazırdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov ABŞ və Rusiya arasındakı son proseslərdən sonra dünyanın yeni bir soyuq müharibə ilə üzləşə biləcəyi barədə müşahidəçilərin fikirlərinə münasibətində bildirib ki, müşahidəçilər və mütəxəssislər sadəcə bu cür proqnozlarla dolanışıqlarını təmin edirlər.

“Rusiya Federasiyasına gəldikdə, Prezident iki ölkə arasındakı münasibətləri nə olursa- olsun davam etdirmək istədiyini açıq şəkildə bildirdi, çünki bu, yalnız bizim iki ölkənin deyil, bütün dünyanın maraqlarına cavab verir. Ancaq təbii ki, cənab Baydenin sözlərini görməməzlikdən gələ bilmərik”,- deyə Kreml sözçüsü qeyd edib.