Moskvada Putinlə Rəisi arasında görüş keçirilib - Yenilənib

moskvada-putinle-reisi-arasinda-gorus-kecirilib
Oxunma sayı: 2079

Moskvada Rusiya və İran Prezidentləri Vladimir Putin və İbrahim Rəisi arasında görüş başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, Vladimir Putin İbrahim Rəisi ilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı məsələsini müzakirə etməyi planlaşdırır.

***

Rusiya və İran liderləri arasında görüş 5 saatdan çox davam edib.

Bildirilib ki, tərəflər bir sıra yerli və beynəlxalq məsələləri müzakirə ediblər. Onların gündəliyinin əsas mövzusu isə Yaxın Şərq olub.