Moskvada Xələfovla Rudenko arasında görüş olub

moskvada-xelefovla-rudenko-arasinda-gorus-olub
Oxunma sayı: 1127

Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Andrey Rudenko və Xələf Xələfovun görüşü olub.

Bu barədə “Qafqazinfo” Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadən xəbər verir.

Görüşdə ikitərəfli, regional və beynəlxalq gündəliyin aktual məsələləri müzakirə olunub.

“Danışıqlar konstruktiv və dostluq şəraitində keçdi və bu, ənənəvi olaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinə uyğundur”, - Rusiya XİN-in məlumatında qeyd olunur.