Müdafiə Nazirliyi Ağdamda həlak olan əsgərlə bağlı məlumat yaydı

mudafie-nazirliyi-agdamda-helak-olan-esgerle-bagli-melumat-yaydi
Oxunma sayı: 7569

Müdafiə Nazirliyi Ağdamda həlak olan hərbi qulluqçu Musayev Səhman Qəşəm oğlu ilə bağlı məlumat yayıb.

Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir! 

Nazirlik bir daha KİV nümayəndələrinə müraciət edərək bildirir ki, Müdafiə Nazirliyi tərəfindən rəsmi təsdiq olunmayan məlumatları ictimailəşdirməsinlər.