“Muğanbank”ın qarşısında özünü belə yandırdı - Bank maşınını alıb+Video

muganbankin-qarsisinda-ozunu-bele-yandirdi
Oxunma sayı: 17446

Bu gün Bakı metrosunun "Azadlıq" stansiyasının yaxınlığında intihara cəhd olub.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, bank filiallarından birinin qarşısında 30-35 yaşlı şəxs üstünə benzin tökərək özünü yandırıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 ***

ANSpress-in məlumatına görə, intihara cəhd edən şəxs Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynov olub. Respublika Yanıq Mərkəzinə yerləşdirilən yaralıya yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulub. Hazırda o, reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır.

Özünü yandıran şəxs borcu olduğu üçün bu yola əl atdığını deyib.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Malik Hüseynovun "Muğanbank"da avtokrediti olub. Krediti ödəyə bilmədiyi üçün maşını əlindən alınıb. O isə filialın qarşısıdna özünü yandırıb.

Xatırladaq ki, sözügedən bank eks-millət vəkili, "Odlar Yurdu" universitetinin rektoru Əhməd Vəliyevə məxsusdur.