Müğənnilər övladları ilə bayram tədbirində - Fotolar

mugenniler-ovladlari-ile-bayram-tedbirinde
Oxunma sayı: 9203

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə kimsəsizlər evində yaşayan uşaqlar üçün bayram tədbiri keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, “Uşaqlar gülsün deyə” şüarı altında baş tutan gecənin aparıcıları Vüsalə Əlizadə və Samir Bayramlı olub.

Konsert proqramında xalq artisti Faiq Ağayev, əməkdar artist Manana, müğənnilər-Röya Ayxan, Nura Suri, Elçin Cəfərov, Zamiq Hüseynov, Günay İbrahimli, Hacı Nazim və digərləri iştirak edib.

Röya Ayxan mərasimə oğlu Hüseyn, Emil Bədəlov isə qızı Səadətlə birgə qatılıb.

Qeyd edək ki, konsertdən əldə olunan gəlirlə bir neçə kimsəsizlər evinə yardım göstəriləcək.

Fotolar: Nuran