Münhendəki terrorla bağlı - Azərbaycan XİN-dən açıqlama

munhendeki-terrorla-bagli-
Oxunma sayı: 5071

Azərbaycanın Almaniyadakı səfirliyi Münhendə baş verən atışma nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır.

Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildrib.

Yerli hakimiyyət orqanları ilə daha dəqiq məlumat almaq üçün əlaqə qurulur.

Xatırladaq ki, Münhendə "Olimpiya" ticarət mərkəzində baş verən silahlı hücum nəticəsində ən azı üç nəfər həlak olub. Yerli polis hadisəni terror aktı adlandırıb.