Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Respublika Olimpiya Liseyinə yeni direktor təyin olunub.
“Qafqazinfo” “Qaynarinfo”ya istinadən xəbər verir ki, nazir Fərid Qayıbovun Əmri ilə sözügedən vəzifəyə Hikmət Babayev gətirilib.
Xəbəri liseydən təsdiqləyiblər.
Qeyd edək ki, Hikmət Babayev bu vəzifəsindən əvvəl gənclər və idman nazirinin müşaviri vəzifəsində çalışıb. O, mərhum Xalq artisti Arif Babayevin qardaşı oğludur.
Fotoda: Hikmət Babayev

Son xəbərlər
Son Xəbərlər