Nardaranda ölənlərin cənazələri dəfn edildi

nardaranda-olenlerin-cenazeleri-defn-edildi
Oxunma sayı: 8885

Noyabrın 26-da Nardaran qəsəbəsində polisə silahlı müqavimət göstərərkən ölənlərin cənazələri bu gün ailələrinə təhvil verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya hadisə nəticəsində ölən Əkbər Babayevin atası Nazim Babayev məlumat verib.

Onun bildirdiyinə görə, bu gün günorta saatlarında onları Sabunçu Rayon Polis İdarəsinə dəvət ediblər və cənazələrin dəfninə icazə verilib:

"Polis idarəsindən bizə bildirdilər ki, cənazələri Göy Məsciddən götürə bilərik. Biz də məscidə getdik, 4 nəfər yaxınımızın cənazəsini gətirib axşamüstü Nardaran qəbirstanlığında dəfn etdik".

Xatırladaq ki, hadisə nəticəsində polisə müqavimət göstərən dəstənin üzvlərindən Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşları ölüb.