Natavan Həbibi hamilədir?

natavan-hebibi-hamiledir
Oxunma sayı: 7626

Müğənni Natavan Həbibinin hamiləlik xəbəri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, Natavan yenidən barışdığı reper əri Dadonu (Səid Əliyev) ad günü münasibətilə təbrik edərkən bu sözləri yazıb:

“Günün mübarək. Biz səni təbrik edirik”. 

Həbibinin “biz” yazması izləyicilərin təbrik mesajları yollamasına səbəb olub. Müğənninin hamilə olmasına əvvəlcə Niyam Salami, daha sonra isə yaxın rəfiqəsi Xuraman Şuşalı eyham vurublar. 

Xuraman Şuşalı da Dadonu təbrik edərək üstüörtülü şəkildə İnstaqramda yazıb:

“Nata, səni sevirəm. Şad xəbər olasan, inşallah”.