Nazir generala yeni köməkçi təyin etdi

nazir-generala-yeni-komekci-teyin-etdi
Oxunma sayı: 10052

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə polisinin rəisi, general-mayor Teymur Hacıyevə köməkçi təyin edib. 

“Qafqazinfo” xəbər verir ki, nazirin əmri ilə polis polkovnik-leytenantı Füzuli Şıxıyev Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin rəisi vəzifəsindən azad edilib. 

Nazirin digər əmri ilə F. Şıxıyev Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyevin Şəxsi heyətlə iş üzrə köməkçisi təyin edilib.

Murad Əhməd