Nazir məmuru diktofonla yoxlayıbmış - “Açıq alver gedir”+Video

nazir-memuru-diktofonla-yoxlayibmis
Oxunma sayı: 11289

Əmək və Əhalinin Müdafiəsi naziri Səlim Müslümov Göygöldə Gəncə şəhərinin, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarının sakinlərini qəbul edib.

Qəbulda maraqlı məqamlar qeydə alınıb.

“Siz hamınız beləsiniz, mən sizinlə bacara bilmirəm” sözlərini qeyd edən Səlim Müslümov məmur özbaşınalığına qarşı sərt tədbirlər görəcəyi barədə də məlumat verib.

Nazir hətta son günlər gələn şikayətlərə praktiki yanaşıldığını da vurğulayıb:

“Ağcabədidən ərizə gəldi mənə oxudum və daxili audit şöbəsinin müdirini dəvət etdim yanıma. Dedim bu adama gizli bir nəfər göndər, heç kəs xəbər tutmasın. Ona da vəsait ver qoy aparsın versin.

Həmin adam da cibinə diktofon qoyubmuş, indi məndədi o diktofon. Həmin diktofonda açıq alver gedir... Deyir ki, sənə 150 manat təyin edəcəm, bu qədərini mənə verərsən”.

“Qafqazinfo” atv.az-a istinadən həmin videonu təqdim edir: