Nəcməddin Sadıkov qəza törətdi - Foto

necmeddin-sadikov-qeza-toretdi
Oxunma sayı: 16390

Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkov Bakıda qəza törədib.

"Qafqazinfo" Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Mikayıl Müşfiq küçəsi 10-da baş verib.

Belə ki, “Land Cruiser” markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən N. Sadıkov qarşıdakı “Toyota Prius” markalı maşını vurub.

Həmin avtomobil də qabağındakı digər maşına çırpılıb. Hadisə yerinə Dövlət Yol Polis İdarəsinin əməkdaşları gəlib.

N. Sadıkov sonradan hadisə yerinə öz köməkçisini çağırıb. Şahidlərin sözlərinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə uzadıb və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.

***

Bakı Şəhər DYPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, Nəcməddin Sadıkov idarə etdiyi 90-AS-020 nömrəli "Toyota Land Cruiser" markalı avtomobillə yanvarın 7-də qəza törədib.

Yol-nəqliyyat hadisəsi nəticəsində N.Sadıkov hadisə üzrə təqsirli bilinib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə protokol tərtib olunub.

Digər nəqliyyat vasitəsində dəymiş ziyan ödənilib. Nəcməddin Sadıkov barəsində tərtib olunmuş cəriməni ödəyib.

Qeyd edək ki, bu maddə üzrə təqsirli bilinən şəxs 40 manat cərimə edilir.

Xəbəri rus dilində oxuyun: Наджмеддин Садыков совершил ДТП - Фото

Выступление депутата об алиментах подверглось критике