Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.
"Qafqazinfo" xəbər verir ki, təmsilçilərimiz "Qəbələ" və "Neftçi" də cavab matçlarına çıxıb.
Rusiyada keçirilən ilk oyunda Tula "Arsenal"ını 1:0 hesabı ilə məğlub edən "Neftçi" cavab matçında da rəqibinə qalib gəlib. Bakılılar rusları 3:0 hesabı ilə darmadağın edərək növbəti mərhələyə adlayıb.
Digər təmsilçimiz "Qəbələ" isə ilk matçda 0:2 hesabı ilə uduzduğu "Dinamo" qarşısında aciz olub. Tbilisində keçirilən qarşılaşma gürcülərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da təmsilçimiz mübarizəni dayandırmalı olub.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) - “Qəbələ” - 3:0
Qol: Şengeliya, 68, 88, Karikari, 90+3
Tbilisi. Boris Payçadze adına stadion
21:00. "Neftçi" - "Arsenal" (Rusiya) - 3:0
Qol: Rauf Əliyev, 49, Dario Federiko, 89 (pen), Mbodj, 90+3
"Bakcell Arena"
Fotolar: Nuran Məmmədov










Son xəbərlər
Son Xəbərlər