Neftlə bağlı vəziyyət dramatikləşir - 31 dollar

neftle-bagli-veziyyet-dramatiklesir-
Oxunma sayı: 3204

Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb.

“Qafqazinfo” RBK-ya istinadən xəbər verir ki, hazırda Brent markalı neftin bir barreli 32 dollardan da aşağı düşüb. Belə ki, qiymət 31,86 dollarda qərarlaşıb.

Bu, son günlər neftin 5,2% ucuzlaşması deməkdir.

WTI markalı neftdə də vəziyyət eynidir. Bu tipli neftin Nyu-York birjasındakı bir barrelinin qiyməti 31,75 dollar təşkil edir.

Analitiklər isə bu ucuzlaşmanı dünyanın ən böyük neft alıcısı olan Çində iqtisadiyyatın çökməsi ilə əlaqələndirirlər.