Nəqliyyat Nazirliyinin “qoçu”ları da yığışdırılır - Foto

neqliyyat-nazirliyinin-qoculari-da-yigisdirilir
Oxunma sayı: 10697

Xəbər verdiyimiz kimi, 15 oktyabr tarixində ölkə başçısının imzaladığı fərmanla əlaqədar olaraq Nəqliyyat Nazirliyinin inzibati xətalara cavabdeh olduğu bəzi səlahiyyətləri əlindən alınaraq Baş Dövlət Yol Polisi İdarəsinə verilib.

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, artıq Bakı küçələrində Nəqliyyat Nazirliyinin məşhur “qoçu”larına rast gəlinmir. Belə ki, şəhərdə nazirliyin müfəttişlərinin dayandığı yerlərdə indi yol polisinin əməkdaşları xidmət aparırlar.

Sürücülər də 15 oktyabr axşamından etibarən, nazirliyin əməkdaşlarının yollardan təmizləndiyini təsdiqləyiblər.

Xatırladaq ki, ölkə başçısının fərmanına əsasən Nəqliyyat Nazirliyinin aşağıdakı səlahiyyətləri əllərindən alınıb:

- Taksi tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsi (150-2.1.2-ci maddə);

- sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş daşınma sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsi (150-2.1.7-ci maddə);

- avtomobil nəqliyyatı ilə yük daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması (150-3-cü maddə);

- xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması (150-4-cü maddə);

- avtomobil yollarında , prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulması ilə bağlı olan xeyli xətalar (163-cü maddə);

- iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması (163-1-ci maddə);

- avtobuslarda və taksi minik avtomobillərində sərnişinlərinin icbari fərdi qəza sığortasının olmaması və bəzi başqa xətalar (163-1-ci maddə).