Nərimanovda aşan ağaclarla bağlı açıqlama - Fotolar

nerimanovda-asan-agaclarla-bagli-aciqlama
Oxunma sayı: 593

“Bakının Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində irigövdəli ağaclar aşaraq təhlükəli vəziyyət yaradıb. Yoldan keçə, uşaqlarımızı bağçaya apara bilmirik”.

Bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan sakinlər müraciət ediblər.

Onların sözlərinə görə, əyilmiş ağaclar piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkini bağladığından avtomobil yolu ilə hərəkət etmək məcburiyyətində qalırlar.

Məsələ ilə bağlı Nərimanov rayon bələdiyyəsinə müraciət etdik. Bələdiyyə sədri Təmraz Tağıyev problemin dərhal aradan qaldırılacağını bildirdi: “Məsələ nəzarətə götürülüb. Dərhal problemin həlli ilə bağlı tədbirlər görüləcək və yaranmış problem bu gün aradan qaldırılacaq”.

Gülnar Əliyeva