Nəsiminin “Sığmazam”ı məşhur serialda - Video

nesiminin-sigmazami-meshur-serialda
Oxunma sayı: 3504

Show TV-nin məşhur “Çukur” serialında Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin qəzəlinə yer verilib.

“Qafqazinfo” xəbər verir ki, ekran işinin 4-cü sezonunun 23-cü seriyasında “Sığmazam” səsləndirilib.

Belə ki, baş qəhrəman olan Yamaç (obrazı aktyor Aras Bulut İynemli canlandırır -red.) hadisələrin baş verdiyi İstanbulun Çukur səmtinə qayıdıb və fonda müğənni Cavid Mürtəzaoğlunun ifasında sözügedən əsər yer alıb. Bu, sosial şəbəkələrin də gündəmini zəbt edib.

Qeyd edək ki, əslən İrandan olan 58 yaşlı Cavid Mürtəzaoğlu ötən ilin avqustunda koronavirusdan dünyasını dəyişib.