Nizami Xudiyevin oğlu işdən çıxarılıb? - Açıqlama+Yenilənib

nizami-xudiyevin-oglu-isden-cixarilib
Oxunma sayı: 8834

Baş Prokurorluqda növbəti kadr dəyişikliyi baş verib.

“Qafqazinfo”nun Unikal.org-a istinadən məlumatına görə, Xətai rayon prokurorunun müavini olan Nazim Nizami oğlu Xudiyev baş prokurorun əmri ilə tutduğu vəzifədən çıxarılıb və sərəncama götürülüb.  

Onun yerinə isə 2014-cü ildə prokurorluq orqanlarına işə qəbul olunmuş Şükran Nürəddin oğlu Məmmədov təyin edilib. 

Xatırladaq ki, Nazim Xudiyev AzTV-nin keçmiş sədri Nizami Xudiyevin oğlu, Penitensiar Xidmətin keçmiş rəis müavini Hüseyn Əlixanovun isə kürəkənidir.

***

Baş Prokurorluq Xətai rayon prokurorunun müavini Nazim Xudiyevin sərəncama götürülməsini təkzib edib. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Baş prokuror Kamran Əliyevin əmri ilə Xətai rayon prokurorunun müavini Nazim Xudiyev Bakı şəhər prokurorluğunda şöbə prokuroru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bu gün mediada N. Xudiyevin sərəncama götürüldüyü haqda məlumat yayılıb.