Növbəti tədris ilinin tətil günləri açıqlandı

novbeti-tedris-ilinin-tetil-gunleri-aciqlandi
Oxunma sayı: 7316

Ümumi təhsil müəssisələrində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat təhsil naziri Emin Əmrullayevin imzaladığı ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planında əksini tapıb.

Bildirilib ki, dərs ili iki yarımilə bölünür:

Birinci yarımil - 15 sentyabr - 26 yanvar;

İkinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:

5 gün payız tətili (16-20 noyabr);

5 gün qış tətili (27-31 yanvar).

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).