Növbəti təyyarə qəzası - Ekipaj üzvü həlak oldu

novbeti-teyyare-qezasi
Oxunma sayı: 8096

Kareliya Respublikasında Su-30 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə noyabrın 13-də Kareliyada planlaşdırılmış təlim uçuşu zamanı baş verib.

Belə ki, təyyarə yaşayış olmayan əraziyə düşüb.

Məlumatda qeyd olunub ki, təyyarənin ekipaj üzvü qəza nəticəsində həlak olub.