“O gün uzaqda deyil” - Qənirə Paşayeva

o-gun-uzaqda-deyil-
Oxunma sayı: 2196

Millət vəkili Qənirə Paşayeva da çıxışında Azərbaycan ordusunu qələbə münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, o qeyd edib ki, ordumuz erməni işğalçılarına layiqli cavabı verib: “Torpaqlarımızın tamamilə azad olunacağı gün də uzaqda deyil. Çünki Azərbaycan ordusu buna qadirdir. Son günlər baş verənlər də bir daha ordumuzun gücünü göstərdi. Bununla yanaşı biz informasiya müharibəsində də ermənilərə qalib gəlməliyik. Diasporumuz yaşadığdı ölkələrdə diqqətli və duyarlı olmalıdır. Gənclərimiz isə xarici dillərdə sosial şəbəkələrdə. İnformasiya müharibəsində də qələbə bizim üçün çox vacibdir. Buna da xüsusi diqqət göstərməliyik”.