O hadisə Gəncədə baş veribmiş... - Yenilənib

o-hadise-gencede-bas-veribmis
Oxunma sayı: 11748

Bu gün sosial şəbəkələrdə Azərbaycanda 8-ci sinif şagirdi olan qızın hamilə qaldığı üçün boğazının kəsilərək öldürülməsi haqda video yayılıb. Lakin bu hadisənin Azərbaycanda baş verməsi rəsmi qurumlar tərəfindən təsdiqlənmir.

İlkin məlumatda hadisənin Bakıda, sonra Şəmkir, ardınca isə Beyləqanda olduğu yazılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda hüquq-mühafizə orqanları bu məlumatı dəqiqləşdirməyə çalışırlar. İlkin olaraq Bakıda və Şəmkirdə belə bir hadisənin qeydə alınmadığı dəqiqləşdirilib. Digər rayonlarla bağlı versiyalar da araşdırılır.

Hüquq-mühafizə orqanları bu videonun montaj olması ehtimalını da gözdən keçirir. Texniklər güman edirlər ki, video başqa bir ölkədə çəkilib, sonradan səs qeydə alınaraq videonun üzərinə montaj olunub. Bu, sadəcə ehtimaldır və hadisənin Azərbaycanın hər hansı bir bölgəsində baş verməsi halı da hüquq-mühafizə orqanlarının yerli idarə rəisləri vasitəsilə araşdırılır.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə bir neçə ay əvvəl Gəncədə baş verib.