Okaber repdən getdi

okaber-repden-getdi
Oxunma sayı: 7187

Məşhur reper Okaber (Orxan Mustafazadə) pərəstişkarlarını kədərləndirəcək bir addım atıb.  “Qafqazinfo” xəbər verir ki, o, qısa müddət bundan əvvəl repi tərk edib. 

Sosial şəbəkələrdə Okaberin daha rep oxumayacağı barədə məlumatlar yayılıb. Bundan əlavə, Orxan “YouTube”da klip və mahnılarının şərh bölməsini bağlayıb, “İnstagram” səhifəsindəki bütün paylaşımları silib. 

Əldə etdiyimiz məlumata görə, Okaber həqiqətən də, repdən uzaqlaşıb.  İddia olunur ki, o, bundan sonra “DJ” olaraq fəaliyyət göstərmək niyyətindədir. 

Qeyd edək ki, O. Mustafazadə karyerasına 2005-ci ildə başlayıb. MC Bax (Caspian Clan) ilə birlikdə 2005-ci ildə Rap Out Clan (R.O.C) yaradıblar. R.O.C (Rap Out Clan) ilə 2008-ci, 2009-cu və 2011-ci illərdə 3 albom çıxarıb. 2011-ci ildə R.O.C fəaliyyətini dayandırıb və Okaber karyerasını tək davam etdirmək barədə qərara gəlib.