“Oliqarxların gücünə nələrisə əldə etmirəm...” - Fatimə + Fotolar

oliqarxlarin-gucune-nelerise-elde-etmirem
Oxunma sayı: 7280

Rəqqasə Fatimə Fətəliyeva Hindistanda aldığı mükafatın saxta olması barədə yayılan şayiələrə münasibət bildirib.

Fatimə “Qafqazinfo”ya açıqlamasında oliqarx və sponsorlarla nələrisə əldə etmədiyini vurğulayıb:

“Bu söhbəti birinci dəfədir ki, eşidirəm. Bu mükafat necə saxta ola bilər? Orada müxtəlif xalqın nümayəndələri iştirak edirdi. Hindistan iştirakçıları yox, biz qalib olduq. Biri var şayiə, biri də var doğru xəbər. Hindistanda böyük festival idi, ora qatıldım. Kiminsə prinsipinə görə bu addımı atmadım. Mənə dəvət gəldi, getdim. Bu il də gedə bilərdim. Ancaq finansla uyğun gəlmir. Çox festivallar var,ancaq gedə bilmirəm. Çünki toy və xına yoxdur. Mənə aylıq gətirib pul vermirlər ki? 20-30 min verələr ki, get xərclə... Qismət deyilən bir şey var.

Kimin qismətində yazılıbsa, Allah başlarından töksün. Xahiş edirəm ki, mənə şər atmasınlar. Mən şəxsən oliqarxlar və sponsorların gücünə nələrisə əldə etmirəm. Bunu hamı yaxşı bilir. Mən əziyyətimlə hər şeyə nail olmuşam. Mən istəsəm çox şey edərəm. İstedada yaxşı pul tökəsən ki, onu üzə çıxarasan. Mən onu edə bilmərəm. Özümü, övladlarımı güclə dolandırıram. Mənim üçün ən böyük şey təmiz ad qazanmaqdır. Təmiz adım var, öləndə də özümlə aparacam”.

Fotolar: Nuran