“Ölün də, azarım düşüb murdar canınıza?..” - Brilliantın bacısı

olun-de-azarim-dusub-murdar-caniniza
Oxunma sayı: 14341

Türkiyədə yayımlanan “Zuhal Topalla İzdivac” verilişinə qatılan Sədaqət Dadaşova son zamanlar mediada haqqında yazılanlara əsəbləşib.

”Qafqazinfo”nun axşam.az-a istinadən verdiyi məlumata görə, xalq artisti Rafael Dadaşovun keçmiş həyat yoldaşı, Brilliant Dadaşovanın isə bacısı olan S.Dadaşova yenidən ailə qurmaq istəməsinin gündəmə çevrilməsinə sərt münasibət bildirib. Belə ki, ifaçının bacısı sosial şəbəkədə belə bir müraciət yayıb:

“Elə bil, bunların dərdləri-sərləri yoxdur. Ay yazıqlar, bilmirsiz kimdən, nədən danışasız. Sədaqətin azarı düşüb murdar canınıza? Ölün də... Əgər başqa bir marağınız yoxdursa, bu həyatda niyə yaşayırsınız?”.

Qeyd edək ki, aktyor R.Dadaşov keçmiş həyat yoldaşı S.Dadaşovanın proqrama qatılmasında B.Dadaşovanı ittiham edib. O bildirib ki, S.Dadaşovanı Türkiyəyə bacısı B.Dadaşova göndərib. Brilliant Dadaşova isə mediaya açıqlamasında bunda qəbahət olmadığını bildirmişdi.