Onu cəzalandıran atasının dəfninə gəlmədi...

onu-cezalandiran-atasinin-defnine-gelmedi
Oxunma sayı: 14786

Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova atasının dəfn mərasimində iştirak etməyib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Fərqanə” Agentliyi məlumat yayıb. Prezidentin qızlarından 38 yaşlı Lola Kərimova atasıyla vida mərasiminə qatılıb.

Agentlik yazır ki, Gülnarə Kərimova hazırda ev dustağıdır, onun hətta internetə çıxışı belə yoxdur. Gülnarə Kərimova qızı İmanla birgədir. Oğlu İslam isə Londonda yaşayır və o da babasının yas mərasiminə gəlməyib.

Xatırladaq ki, mərhum dövlət başçısının böyük qızı Gülnarə çılpaq fotoları və korrupsiyaya dair sənədləri yayılandan sonra prezident tərəfindən cəzalandırılmışdı. Bu barədə Kərimova dəfələrlə mətbuata açıqlamalar verərək, ona çox pis rəftar edildiyini qeyd etmişdi.