“Onu qaşınan yerindən...” - Xatirə İslam

onu-qasinan-yerinden
Oxunma sayı: 9068

Müğənni Xatirə İslam haqqında yayılan şayiələrə münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, sənətçi instaqramda onun haqqında yalan məlumat yayanlara xəbərdarlıq edib:

“Mən harada demişəm ki, qadınlar boşanandan sonra pis yola düşür? Bu məlumat sizdə hardandı? Gicitkanı öz qoluna sürtən kimdi? Onu qaşınan yerindən qaşıyım. Hərdən yazılarda gözümə sataşır ki, guya mən belə sözlərdən istifadə etmişəm.

Bu boyda yalan olmaz. Ey insanlar, adam hər eşitdiyinə yox, gördüyünə inanar. Mənə aid olan ən düzgün xəbər öz səhifəmdir, instaqramdadır. Dietadayam, əsəbiyəm. Beynimi xarab etməyin”.