Osman Nurmaqomedov da uduzdu - Yenilənib - Fotolar

osman-nurmaqomedov-da-uduzdu
Oxunma sayı: 5851

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Paris Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 1/8 finalda monqolustanlı Bat Erden Byambasuren ilə üz-üzə gəlib.

İdmançımız rəqibinə 11:2 hesabı ilə qalib gəlib. Nəticədə Osman Nurmaqomedov 1/4 finala adlayıb.

***

Osman Nurmaqomedovun 1/4 finaldakı rəqibi san-marinolu Maylz Amin olacaq. 

***

Osman Nurmaqomedov 1/4 finalda Maylz Aminə 12:14 hesabı ilə məğlub olub.