“Oyunlar zolağı”na çıxanda polis sizi belə çəkir- - Video

oyunlar-zolagina-cixanda-polis-sizi-bele-cekir-
Oxunma sayı: 9221


Bakı şəhər Dövlət Yol Polisi İdarəsində quraşdırılan kameralar şəhərin müvafiq nöqtələrində hərəkətə nəzarət edir və qayda pozanları cərimələyir. Zolağa daxil olan avtomobillərin nömrə nişanı qeydə alınır və sürücü barəsində elektron protokol tərtib olunaraq ünvana göndərilir. 

Bəzi küçələrdə sürücülər məcbur qalıb həmin zolağa dazil olsalar da, bəzi yerlərdə qəsdən bu qaydanı pozanlara da rast gəlinir. 

“Qafqazinfo” avtosfer.az-a istinadən Bakı şəhər Dövlət Yol Polisi İdarəsində “Oyunlar zolağı”na daxil olan sürücülərin necə aşkarlandığını və hansı qaydada cərimələndiyini əks etdirən videonu təqdim edir. Məqsəd odur ki, bəzi sürücülər kameraların işləmədiyini və ya onları görmədiyini dühünməsin. Kameralar işləyir və hər kəsi görür. Hətta, 300 metr məsafədə qayda pozan avtomobillər də kameraların hədəfindən yayına bilmir.

Qeyd edək ki, zolağa daxil olmanın cəriməsi 40 manatdır.