“Özümüzü tərbiyəsizlərin səviyyəsinə salmamalıyıq...” - Rəqqasə Fatimə

ozumuzu-terbiyesizlerin-seviyyesine-salmamaliyiq
Oxunma sayı: 5948

Rəqqasə Fatimə Fətəliyeva xalq artisti Aygün Kazımova ilə bağlı dediklərinə münasibət bildirib.

“Qafqazinfo”nun axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçi müğənni ilə qalmaqal yaşamaq istəmədiyini deyib:

"Mənim Aygün Kazımova ilə nə işim var? Mənə Xatirə İslamın, Aygün Kazımovanın və başqalarının sosial şəbəkədəki şərhləri ilə bağlı sual verdilər. Mən də ümumi cavablandırdım. İfadələrimi tək Aygün xanıma yönəltmədim. Hətta dedim ki, biz tanınmışlar tərbiyəsiz şərh yazanlara cavab verib, özümüzü onların səviyyəsinə salmamalıyıq. Əsəbiləşməkdənsə, hamısını "qara siyahıya" atmaq bəs edər.

Mənim bu sənətdə heç kimlə işim yoxdur. Mənə qalmaqal lazım deyil. Bəzən insana kamera qarşısında sual verəndə gözlənilmədən başqa cavablar deyirsən. Mənə və ya bir başqasına xalq artistinə söz demək düşməz. Aygün Kazımovaya hörmətim də, sevgim də böyükdür".

Qeyd edək ki, F.Fətəliyeva açıqlamasında A.Kazımova ilə bağlı bunları demişdi: "Aygün Kazımova sosial şəbəkədə belə bir şərh yazıb. Bu bütün sənət adamları üçün mənfi bir hərəkət idi. O hərəkətlərə görə bizə də pis baxırlar. Adi tamaşaçılardan olsaydım çox əsəbiləşərdim, sarsılardım. O nə deməkdir, başa düşmədim? Ayıbdır.... Tanınmışıq deyə, nə istəyirik danışmalıyıq? Biz xalqa nümunə olmalıyıq. İnstaqramda tamaşaçı ilə ünsiyyət vasitəsindən biridir. O nədi, ağzına gələni yazırsan? Bəziləri elə biləcək ki, onunla özümü reklam edirəm. Mənə elə reklam lazım deyil".