Özünü asan oğlanı anası son anda xilas etdi

ozunu-asan-oglani-anasi-son-anda-xilas-etdi
Oxunma sayı: 6565

Göyçayda 27 yaşlı gənc inthara cəhd edib

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Şəkər kəndində baş verib.

Belə ki, kənd sakini Əhmədov Kamal Eynulla oğlu yaşadığı evdə özünü asıb. Hadisədən xəbər tutan Kamalın anası onu ölümdən son anda xilas edib.

K.Əhmədov Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Tural Hüseynli