Pandemiya şəraitində ilk Aşura - Fotolar

pandemiya-seraitinde-ilk-asura
Oxunma sayı: 8625

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Aşura günü kimi qeyd olunur.  

Pandemiya səbəbindən bu dəfə Aşura mərasimləri də fərqli keçirilir. Belə ki, koronavirus tədbirləri ilə əlaqədar mərasimlərdə yalnız 50 nəfərin iştirakı nəzərdə tutulub. Tədbirlərdə sosial məsafə qorunur, maskalardan, dezinfeksiya vasitələrindən istifadə təmin olunur. Eyni zamanda xüsusi ayrılmış nümayəndələr tərəfindən bu prosesə nəzarət edilir. 

“Qafqazinfo” Aşura günündə Məşədi Dadaş məscidində olub, məscidin imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin çıxışı zamanı məsciddən fotoları lentə alıb. Karantin qaydalarına əsasən, məsciddəki çıxışlar eyni zamanda onlayn qaydada yayımlanıb. 

Xatırladaq ki, keçənilki Aşura ərəfəsində, ümumiyyətlə, məscidlər bağlı idi. Bu, koronavirus yayılandan bəri keçirilən ilk belə Aşura mərasimləridir. 

Mərasimdən fotoları təqdim edirik:

Nuran Məmmədov

Pərvin Zeynal