Kipr Sülh Hərəkatının başlanmasının 50-ci ildönümüdür.
“Qafqazinfo” xəbər verir ki, hərəkat o dövrkü koalisiya hökümətinin Baş naziri Bülənt Ecevit və xarici işlər naziri Turan Günəşin öz aralarında müəyyənləşdirdikləri 1 cümlə ilə qığılcımlanır.
İkinci əməliyyata başlamaq barədə söhbətləşən nazirlər digər ölkələrin onların bu xüsusdakı müzakirələrini dinləsələr də, başa düşməmələri üçün bir parol təyin etməyi qərara alırlar.
Bu məqamda xarici işlər naziri Turan Günəş qızı Ayşə Günəşin adı ilə bağlı həmin kəlməni pıçıldayır. Hərəkatın başlayıb-başlamamasını müəyyən edəcək o sözlər belə olur:
“Ayşə tətilə çıxsın”.
Bir gecə ansızın Turan Günəşdən Baş nazirə həmin şifrəli mesaj gedir. Beləcə Türkiyə adadakı türklərin təhlükəsizliyi səbəbilə 20 iyul 1974-cü ildə Kipr Sülh Əməliyyatına başlayır.
BMT Təhlükəsizlik Şurasının qərarı ilə Böyük Britaniya və Yunanıstanı sülhün bərpası üçün danışıqlara çağıran Türkiyə iyulun 22-də əməliyyatın ilk hissəsini dayandırır.
Şifrədə adı çəkilən Ayşə o vaxt Orta Şərq Türkiyə Universitetinin Sosial Elmlər Fakültəsinin 19 yaşlı tələbəsi olur. Həmin gənc qız 50 ildən sonra o parolun hekayəsi və detallarını Anadolu Agentliyinə müsahibəsində danışıb.
Ayşə Günəş Ayata 1974-cü ildə Kipr Sülh Hərəkatından əvvəl atasının Çinə rəsmi səfər etdiyini, anasının da atasını müşayiət etdiyini, Ankarada nənəsi və qardaşı ilə qaldığını vurğulayır:
“Əlbəttə, bizim əməliyyatdan xəbərimiz yox idi, ona görə də öz tətil planlarımı qurmağa başlamışdım.
Düşünürdüm ki, nənəmin İstanbuldakı bağ evinə gedəcəm.
Təbii ki, atama Çində olanda vəziyyətin ciddiliyi barədə xəbər verirlər.
Onun geri döndüyü gecə mən artıq Ankaradan İstanbula nənəmgilə getdim. Səhəri gün atam zəng edib, “Bu saat qayıdacaqsan!” dedi.
Bildirdi ki, bir dostu İstanbuldan Ankaraya gedəcək və mən də onunla geri qayıtmalı idim.
Düşünə bilirsiniz? Bir günə Ankaradan İstanbula oradan da yenə Ankaraya geri dönmək məcburiyyətində qaldım. Tətilim yarımçıq qaldı, xeyli əsəbiləşmişdim”.
Əməliyyatın ilk hissəsinin ardınca Cenevrə Konfransına qatılan atam ora gələn nümayəndə heyətini qarşılamağa gedir. Ovaxtkı turizm naziri Orxan Birgitlə danışığı əsnasında ona “Tanıdığın biri varsa, yaxınlardan kimsə tətilə gedirsə, Ayşəni də onlarla göndər. Bu məsələlər çox vaxt aparacaq” ,- deyir.
Birinci Əməliyyatdan sonra Kiprdə türk qoşunları çox kiçik əraziyə nəzarət edirlər. Təbii ki, arzuolunan razılığa gəlinsəydi, ikinci əməliyyat olmayacaqdı. Amma pis ehtimalı düşünən atam Baş nazirə əməliyyatın başlayıb-başlamayacağını bir-birlərinə üstüörtülü şəkildə bildirmək üçün parol təyin etməyin vacibliyini bildirir.
Mənim tətilim barəsində gedən söhbətin ardınca belə qənaətə gəlirlər ki, “Ayşə tətilə çıxsın-İkinci əməliyyat başlasın” demək olacaq. Mənim adım əslində bir simvoldur, amma bu hadisənin qəhrəmanı mən deyiləm”.
Hazırladı: Telli Minbir