Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn koronavirusa yoluxub.
Partiya sədri məlumatı “Qafqazinfo”ya təsdiqləyib. O bildirib ki, hazırda müalicə alır.
Xatırladaq ki, 64 yaşlı AXP sədri fevralın 23-də partiya üzvləriylə birlikdə COVİD-19 əleyhinə peyvənd vurdurub. O, peyvəndləmə prosesində könüllülük prinsipinin tərəfdar olduğunu, bütün hallarda vaksinasiyasının müsbət bir hal hesab etdiyini vurğulamışdı.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər