Paşinyan istefa verdi - Yenilənib

pasinyan-istefa-verdi
Oxunma sayı: 12612

Ermənistan Baş naziri Nikol Paşinyan istefa verib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, xalqa müraciəti zamanı bəyan edib.

***

Mövcud Konstitusiyaya görə növbədənkənar seçkilərin keçirilməsi yalnız Baş nazir istefa verdikdə mümkündür.

“Konstitusiya müddəalarının həyata keçirilməsi və parlamentin buraxılması üçün mən bu gün istefa verirəm”, - o deyib.

Paşinyan seçkilərə qədər hökumətə rəhbərlik edəcəyini də açıqlayıb. 

Xatırladaq ki, martın 18-də N.Paşinyan iyunun 20-də Ermənistanda parlament seçkilərinin keçiriləcəyini bəyan etmişdi.