Paşinyanın əmri ilə erməni sərhədçilərindən silahları alınır - Video

pasinyanin-emri-ile-ermeni-serhedcilerinden-silahlari-alinir
Oxunma sayı: 6831

Zəngəzurda erməni sərhədçilərindən silahlar yığılır.

“Qafqazinfo”nun Baku TV-yə istinadən xəbərinə görə, bu barədə erməni mediası Zəngəzur sakini, rahib Artur Ayvazyanın canlı yayımındakı həyəcan təbilinə istinadla məlumat yayıb.

Videoda rahib adlanan Ayvazyan qeyri-etik ifadələrlə Nikol Paşinyanın əmri ilə Zəngəzurdakı sərhədçilərdən silahların alındığını bildirib. 

O, bu vəziyyətə görə narahat olduğundan N. Paşinyanı söyərək təhqir edib.

***

Ermənistandan deportasiya olunan Qazaxıstan vətəndaşı, “Orbeli” mərkəzinin keçmiş mütəxəssisi Andranik Ovannisyan da teleqram paylaşımı edərək Zəngəzurda strateji mövqelərin birtərəfli qaydada Azərbaycana təhvil verildiyini bildirib.