Pəncərə silərkən 4-cü mərtəbədən yıxılan qızın fotosu - Keçən ay nişanlanmışdı

pencere-silerken-4-cu-mertebeden-yixilan-qizin-fotosu
Oxunma sayı: 3227

Abşeron rayonunun Xırdalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, Xırdalan şəhəri, 26-cı məhəllədəki binalardan birində yaşayan 1993-cü il təvəllüdlü İsmayılzadə Nuranə İsmayıl qızı evin pəncərəsini silən zaman 4-cü mərtəbədən yerə yıxılıb.

Nəticədə ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Yaralı orada dünyasını dəyişib.

Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olan N.İsmayılzadə nişanlı idi.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

***

Lent.az-ın məlumatına görə, Nuranə keçən ayın 21-də nişanlanıbmış.