Pərvinlə Səidənin davası belə nəticələndi

pervinle-seidenin-davasi-bele-neticelendi
Oxunma sayı: 937

“Maşın” realiti-şousunda maraqlı anlar yaşanıb. 

“Qafqazinfo” xəbər verir ki, iştirakçılar tərəfindən seçilən müğənni Səidə Sultan tamaşaçılardan “qalsın” səsini toplaya bilib. O, veriliş başlayanda verdiyi sözü tutub və aktrisa Pərvin Abıyevanı proqramdan uzaqlaşdırıb. 

Xatırladaq ki, ötən günkü efirdə onlar arasında mübahisə düşmüşdü. Pərvin Səidədən üzr istəsə də, ikinci bu üzrün səmimi olmadığını bildirib və bundan sonra aktrisa ilə eyni maşın arxasında dayana bilməyəcəyini qeyd edib.