Piratlar gəmini girov götürdü

piratlar-gemini-girov-goturdu
Oxunma sayı: 1217

İsveçrənin “Massoel Gəmiçilik” şirkətinə məxsus “MV Glarus” adlı yük gəmisi Nigeriya sahillərində girov götürülüb.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, buğda daşıyan gəmi Laqosdan Nigeriyanın Port Harkourt şəhərinə doğru hərəkətdə olub.

Hadisə zamanı gəmidə olan 19 nəfərdən 12-si piratlar tərəfindən girov götürülüb.

Hazırda girovların xilas edilməsi istiqamətində tədbirlər aparılır.