Pitt Colini təyyarədə zorakılığa məruz qoyubmuş

pitt-colini-teyyarede-zorakiliga-meruz-qoyubmus
Oxunma sayı: 3307

Hollivud aktrisası Ancelina Coli keçmiş həyat yoldaşı, aktyor Bred Pittdən şikayətçi olub.  

Bu barədə “Qafqazinfo” “The New York Times” qəzetinə istinadən xəbər verir.

O, eks-ərini məişət zorakılığında ittiham edib.

Aktrisa 2016-cı ilin sentyabrında şəxsi təyyarədə baş vermiş hadisəni danışıb. Colinin sözlərinə görə, o vaxt ailə 6 övladı ilə birlikdə Fransadan Kaliforniyaya uçurdu. Hollivud ulduzu bildirib ki, uçuş vaxtı mübahisə yaşanıb. Pitt uşaqların birini boğmaq istəyib, digərini üzündən vurub, Colini isə başından tutub və silkələyib, üstünə pivə töküb. Bundan başqa, aktyor söyüş söyüb və hətta hava gəmisinin tavanına yumruq vurub.   

Pitt bütün bunları inkar edib.

İnsidenti federal dairələr araşdırıb, lakin cinayət işi qaldırılmayıb. Bir neçə gündən sonra Coli boşanma üçün aidiyyəti quruma müraciət edib. Nikah 2019-cu ildə pozulub.